“Araz Naxçıvan”ın baş məşqçisi Vitali Borisov futzal üzrə UEFA Çempionlar Liqasında (ÇL) keçirdikləri ilk oyunu şərh edib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu bu gün ÇL-in ilkin mərhələsinin qrup mərhələsinin ilk turu çərçivəsində Türkiyə çempionu “İstanbul Şişli” ilə qarşılaşıb və 9:1 hesablı qələbəyə sevinib.
Qarşılaşmadan sonra baş məşqçi Vitali Borisov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Birinci hissədə bir qədər əsəbilik hiss olunurdu. Bu da başadüşüləndir, komanda mövsümdə ilk rəsmi oyununu keçirirdi. İlk oyunlar isə hər zaman ağır olur. Fasilədən sonra daha yaxşı oynadıq, bu da hesabda öz əksini tapdı, böyükhesablı qələbə qazandıq. Bu münasibətlə komandamı tərbik edirəm. Artıq sabahkı matçı fikirləşməliyik”.
Xatırladaq ki, “Araz Naxçıvan” sabah qrupdakı ikinci oyununda Almaniya çempionu “Yan Regensburq”la qarşılaşacaq.


