19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Bakıda keçirilən seleksiya xarakterli təlim-məşq toplanışını başa vurub.
Arena.az xəbər verir ki, baş məşqçi Aqil Nəbiyev bu gün hazırlıq çərçivəsində komandanı növbəti yoxlama oyununa çıxarıb.
Birinci Liqa təmsilçisi “İmişli” ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub. U-19-un heyətində Yaqub Yusubov və İbrahim İbrahimli fərqlənib.
Xatırladaq ki, millimiz ilk oyunda Birinci Liqanın digər təmsilçisi MOİK komandası ilə 2:2 hesablı heç-heçə etmişdi.


