Mayk Tayson karyerasının ən yaxşı döyüşündən danışdı

Amerikalı keçmiş peşəkar boksçu, məşhur Mayk Tayson karyerasının ən yaxşı döyüşü barədə danışıb. Arena.az xəbər verir ki, Tayson bu barədə özünün podkastında söhbət açıb.

Taysonun sözlərinə görə, özünün ən yaxşı döyüşünü həmyerlisi Baster Duqlasa qarşı keçirib.

“Bax, Baster Duqlasla döyüşüm haqqında bunu deyəcəyəm – bu, karyeramın ən yaxşı döyüşü idi. Baxmayaraq ki, insanlar bunu başa düşməzlər”, deyə Tayson öz peşəkar nöqteyi-nəzərəindən çıxış edib.

Xatırladaq ki, Baster Duqlas peşəkar rinqdə Taysonu məğlub edə bilmiş ilk boksçu olub. Onların döyüşü 1990-cı ildə baş tutub. O zaman Baster 10-cu raundda nokautla qalib gəlmişdi.

Mayk Tayson karyerası ərzində 58 döyüş keçirib, onlardan 50-də 44-ü nokautla olmaqla qələbə qazanıb, 6 döyüşdə məğlub olub.

Taysonun iştirakı ilə keçirilmiş 2 döyüş isə etibarsız sayılıb.

Xatırladaq ki, Mayk Taysonun indi 57 yaşı var.

Xəbəri sosial şəbəkələrdə paylaş: