Şəhriyar Rəhimov 34 yaşında dünyasını dəyişdi

Futbol üzrə Azərbaycan milli komandasının sabiq müdafiəçisi Şəhriyar Rəhimov 34 yaşında dünyasını dəyişib.

Arena.az xəbər verir ki, bu barədə “Zirə”nin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı sabiq futbolçunun vaxtsız vəfatı ilə əlaqədar mərhumun yaxınlarına başsağlığı verilib.

Rəhimovun ölümünə xeyli müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi səbəb olub. O, müalicə aldığı Türkiyədə vəfat edib.

Xatırladaq ki, Şəhriyar Rəhimov karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL (“Şüvəlan”), “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib. Rəhimov 2022-ci ilin əvvəlində “Səbail”də olarkən karyerasını başa vurub.

Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak edib.

Allah rəhmət eləsin!

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: