Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov 2012-ci ildə ABŞ supermarketlərindən birində sərxoş kişi ilə üzləşməsindən danışıb.
Arena.az bu barədə “PBD Podcast”ın “YouTube” kanalına istinadən məlumat verir.
Xarırladaq ki, həmin vaxt Nurməhəmmədov San-Xosedəki “American Kickboxing Academy”nin zalında məşq edirdi.
“Hər gün adi bir supermarketə alış-verişə gedirdim. Kassada işləyən qadın məni çox yaxşı tanıyırdı. Bir dəfə növbədə durdmuşdum və bir sərxoş adam mənə öcəşməyə başladı. Onun 35-40 yaşı olardı, iri cüssəli idi və supermarketdə hamını təhrik edirdi. Ona dedim ki, ehtiyatlı ol, çünki mənimlə zarafat etmək yaxşı fikir deyil. O, duruxub durdu və bunun həqiqətən də belə olduğunu başa düşdü. O, məndən uzaqlaşdı”, deyə Nurməhəmmədov xatırlayıb.


