Yüngül çəkidə (-70 kq) keçmiş UFC çempionu Həbib Nurməhəmmədov təşkilatla özü haqqında sənədli film üzərində işlədiyini bildirib.
Arena.az xəbər verir ki, UFC Şöhrət Zalının üzvü, rusiyalı ulduz döyüşçü bu barədə sosial şəbəkə üzərindən canlı yayımı zamanı məlumat verib:
“Hazırda mən sənin adamlarınla işləyirəm (Həbib UFC prezidenti Dana Uaytı nəzərdə tutur – redaktorun qeydi), sən sənədli film üçün təxminən 25 kamera göndərmisən. Bəli, mən son beş gün ərzində bunun üzərində işləyirəm. Bu, çox uzun zaman alır, bilirsiniz. Hətta indi də bu adamlar məni gözləyirlər”, deyə Nurməhəmmədov bildirib.
Həbib Nurməhəmmədovun 34 yaşı var. Döyüşçü peşəkar debütünü 2008-ci ildə etib. Həbibin UFC-də ilk çıxışı 2012-ci ilin yanvarına təsadüf edir. Dünyanın ən güclü təşkilatında karyerası ərzində Nurməhəmmədov 13 döyüş keçirib və bu döyüşlərin hamısında qalib gəlib. Həbib döyüşçü karyerası ərzində ümumilikdə 29 döyüş keçirib və hamısından qalib ayrılıb.
2020-ci ilin oktyabrında UFC 254 turnirində Həbib Nurməhəmmədov amerikan döyüşçü Castin Qetjini ikinci raundda boğucu fəndlə məğlub edərək, karyerasını başa vurduğunu elan etmişdi.


