FIFA və UEFA AFFA-ya başsağlığı verdi

Azərbaycan millisinin sabiq üzvü Şəhriyar Rəhimovun vaxtsız vəfatı ilə əlaqədar FİFA və UEFA tərəfindən AFFA-ya başsağlığı məktubu ünvanlanıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, beynəlxalq qurumların rəhbərliyi adından Azərbaycan futbol ailəsinə başsağlığı verilib.

Xatırladaq ki, xərçəng xəstəliyindən əziyyət çəkən Şəhriyar Rəhimov avqustun 25-də, 34 yaşında müalicə aldığı Türkiyədə vəfat edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: