Con Cons: “Konor Makqreqorun qayıtmasını istəyirəm”

Ağır çəki dərəcəsində UFC çempionu, amerikan döyüşçü Con Cons Konor Makqreqor barədə səmimiyyəti ilə diqqət çəkib.

Arena.az “RingSide24” portalına istinadən məlumat verir ki, Cons “OverDogs” podkastında promouşenin iki çəki dərəcəsində sabiq dünya çempionu Konor Makqreqora dərin hörmət bəslədiyini deyib:

“Mən Konorun geri qayıtmasını istəyirəm. Onun döyüşlərini yayımlanması üçün həmişə pul ödəyəcəyəm. İdman üçün etdiklərini yüksək qiymətləndirirəm. Onun biznesi necə aparması mənim xoşuma gəlir. Düşüncə tərzini, tələbdə olmasını bəyənirəm. O, öz zamanını ən azı on il qabaqlayıb və mən həmişə onu dəstəkləyəcəyəm”, deyə Cons vurğulayıb.

Xatırladaq ki, Konor Makqreqorun son döyüşü iki il əvvəl – 2021-ci ilin yayında baş tutub. Onda Makqreqor amerikan döyüşçü Dastin Porye ilə döyüşdə ayağını sındırıb və nəticədə texniki nokautla məğlub olub. O vaxtdan bəri Makqreqor hələ, döyüşməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: