U-19 millimiz Tiranaya gedir – iki yoldaşlıq oyunu keçirəcək

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-19) Bakıda və Albaniyanın Tirana şəhərində təlim-məşq toplanışında olacaq.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, komandamız sentyabrın 4-dən 6-na qədər Bakıda hazırlıq keçəcək. Ayın 7-dən 12-nə qədər isə Tirana şəhərində təlim-məşq toplanışı baş tutacaq.

U-19 hazırlıq çərçivəsində sentyabrın 9-da və 11-də Albaniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq da oyunu keçirəcək.

Baş məşqçi Aqil Nəbiyev bu oyunlar üçün 22 futbolçuya dəvət göndərib. Təlim-məşq toplanışına dəvət olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:

  1. Xəyal Fərzullayev – Sumqayıt
  2. Rəvan Mirzəmmədov – Sabah
  3. Musa Məmmədov – Qarabağ
  4. Zaman Zamanlı – Səbail
  5. Saleh Süleymanov – Cəbrayıl
  6. Eşqin Əhmədov – Qəbələ
  7. Ravil Qafarov – Qəbələ
  8. Rüfət Abbasov – Neftçi
  9. Uğur Səfərov – Qarabağ
  10. Elgün Dünyamalıyev – Sabah
  11. Arzu Atakişiyev – Kəpəz
  12. Şahin Şahniyarov – Qəbələ
  13. Murad Ələkbərov – Zirə
  14. Edqar Adilxanov – Şamaxı
  15. Adəm Topalov – Səbail
  16. İbrahim İbrahimli – Qarabağ
  17. Murad Məmmədov – Neftçi
  18. Sənan Ağalarov – Qəbələ
  19. Sadiq Şəfiyev – Turan Tovuz
  20. Nihat Mehrəliyev – Qarabağ
  21. Xəyyam Məmmədli – Qəbələ
  22. Raul Hacıyev – Rustavi (Gürcüstan)
Xəbəri sosial şəbəkələrdə paylaş: