Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-ci turunun növbəti oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Əvvəlcə Gəncədə yerli “Kəpəz” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Eyni xala malik komandaların görüşü maraqla gözlənilir. “Kəpəz” bu rəqibinə qarşı indiyə qədər keçirdiyi 4 oyundan üçündə qalib gəlib, yalnız birində uduzub. Komandalar ev oyunlarını qol vurmadan tərk etməyib. “Kəpəz” öz meydanında böyükhesablı qələbələr qazanıb.
Turun son matçında “Səbail” son çempion “Qarabağ”ı qəbul edəcək. İndiyə qədər 23 dəfə qarşılaşmış bu komandaların duellərində “Qarabağ”ın aşkar üstünlüyü var – 19 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət. Top fərqi də əzicidir – 50:8. “Qarabağ” son 6 oyunun hamısında qələbə qazanıb. Ağdam klubu bu 6 qarşılaşmada 3 və ya daha çox qol vurması ilə diqqət çəkir.
Premyer Liqa
5-ci tur
1 sentyabr
“Sabah” – “Turan Tovuz” 0:3
Qollar: Roderk Miller, 19. Şəhriyar Əliyev, 56. Belaydi Pusi, 79.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Masazır. “Əlincə Arena”, 19:00.
2 sentyabr
“Qəbələ” – “Zirə” 1:0
Qol: Rauf Hüseynli, 20.
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Qəbələ şəhər stadionu, 18:00.
“Sumqayıt” – “Neftçi” 0:1
Qol: Dieqo Valdes, 74.
Hakimlər: Rauf Allahverdiyev, Müslüm Əliyev, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmməov.
“Sumqayıt Arena”, 20:30.
3 sentyabr
“Kəpəz” – “Araz-Naxçıvan”
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Gəncə şəhər stadionu, 17:00.
“Səbail” – “Qarabağ”
Hakimlər: Kamranbəy Rəhimov, Elşad Abdullayev, Zöhrab Abbasov, İslam Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “Bayıl Arena”, 19:30.


