Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunların təqvimi bəlli olub.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk turda Norveçin “Molde” kollektivini qəbul edəcək.
Sentyabrın 21-də baş tutacaq bu oyuna saat 20:45-də start veriləcək.
Azərbaycan çempionu 2-ci turda İsveçdə “Hakken”in qonağı olacaq. Oktyabrın 5-də keçiriləcək bu qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Ağdam klubu oktyabrın 26-da və noyabrın 9-da, müvafiq olaraq 3-cü (səfər) və 4-cü (ev) turlar çərçivəsində Almaniyanın “Bayer” komandası ilə üz-üzə gələcək. Səfər matçı Bakı vaxtı ilə saat 23:00-da, ev oyunu isə 21:45-də start götürəcək.
5-ci tur çərçivəsində noyabrın 30-da “Molde”nin qonağı olacaq ağdamlılar dekabrın 14-də, sonuncu turda Bakıda “Hakken”i sınağa çəkəcəklər. Səfər matçına saat 24:00-da, ev oyununa 21:45-də start veriləcək.
Avropa Liqası
H qrupu
21 sentyabr
20:45. “Qarabağ” – “Molde” (Norveç)
5 oktyabr
23:00. “Hakken” (İsveç) – “Qarabağ”
26 oktyabr
23:00. “Bayer” (Almaniya) – “Qarabağ”
9 noyabr
21:45. “Qarabağ” – “Bayer” (Almaniya)
30 noyabr
24:00. “Molde” (Norveç) – “Qarabağ”
14 dekabr
21:45. “Qarabağ” – “Hakken” (İsveç)


