Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”a da uduzdu

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 5-ci turunun növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Gəncədə baş tutub.

Burada yerli “Kəpəz” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu qarşılaşma qonaq komandanın qələbəsiylə yekunlaşıb.

Turun son matçında “Səbail” son çempion “Qarabağ”ı qəbul edəcək. Bu oyuna saat 19:30-da start veriləcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında “Sabah” evdə “Turan Tovuz”a (0:3), “Sumqayıt” “Neftçi”yə (0:1) məğlub olub. “Qəbələ” isə doğma meydanda “Zirə” üzərində qələbəyə (1:0) sevinib.

Premyer Liqa
5-ci tur
3 sentyabr

“Kəpəz” – “Araz-Naxçıvan” 1:2
Qollar: Mate Kvirkviya, 78-pen – Orxan Əliyev, 40-pen; 45.
Hakimlər: Kamran Əliyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev.
Gəncə şəhər stadionu, 17:00.

Kəpəz: 1. Vladislav Vasilyuçek, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 91. Latir Fall, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya.
Baş məşqçi: Azər Məmmədov.
Araz-Naxçıvan: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 42. Məhəmməd Kadiri, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: