Konor Makqreqor ciu-citsu üzrə qara kəmər aldı

Qarışıq döyüş növləri üzrə məşhur döyüşçü, İrlandiyadan olan Konor Makqreqor ciu-citsu üzrə qara kəmər aldığını bəyan edib.

Arena.az xəbər verir ki, Makqreqor bu barədə sosial şəbəkələr üzərindən məlumat paylaşıb:

“Bu gecə məşqçim, dostum və rəhbərim Con Kavanadan qara kəmərimi aldım! 20 illik davamlı zəhmət! Bütün bu illər üçün Cona və ciu-citsuda bu inanılmaz səyahət boyu mənimlə olan bütün komanda yoldaşlarıma təşəkkür edirəm!” – Makqreqor yazıb.

Xatırladaq ki, Makqreqor 2021-ci ilin iyulunda UFC 264-də amerikan döyüşçü Dastin Poryeyə texniki nokautla (ayaq sınığı) məğlub olandan bəri yarışlara çıxmır. Həmin döyüşdən sonra irland döyüşçü müalicəyə başlayıb və bu müddət ərzində onu dəfələrlə steroid istifadə etməkdə ittiham ediblər. Makqreqor hələ də UFC döyüşçülərinin dopinq yoxlanışı müayinələrinə qayıtmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: