Mayk Tayson MMA-nın ən görkəmli döyüşçüsünün adını çəkdi

Keçmiş mütləq dünya çempionu, əfsanəvi amerikan boksçu Mayk Tayson tarixdə ən yaxşı qarışıq üslub (MMA) döyüşçüsünün adını çəkib.

Arena.az məlumat verir ki, “Dəmir Mayk” bu barədə “Coplex” “YouTube” kanalına müsahibəsində bildirib:

“Xoşuma gələnlər çoxdur… Con Cons, Həbib (Nurməhəmmədov – redaktorun qeydi), çoxlu yeni oğlanlar da gəlirlər… Amma mən onun keçdiyi bütün çətinliklər səbəbilə, amma çempion olaraq qalmağı bacardığı üçün Con Consu seçməliyəm”, deyə Mayk Tayson fikrinə əsas gətirib.

Con Consun 36 yaşı var. Amerikan döyüşçü MMA-da debütünü 2008-ci ilin aprelində edib və avqustda UFC-də ilk döyüşünü keçirib. 2011-ci ilin mart ayında Cons səkkiz dəfə müdafiə etdiyi, təşkilatın yarımağır çəkidə (93 kiloqrama qədər) çempion titulunu qazanıb.

2018-ci ilin dekabrında amerikan döyüşçü yarımağır çəkidə ikiqat çempion olub və 2023-cü ilin martında isə Cons ağır divizionda (120 kiloqrama qədər) birinci raundda fransız Siril Qanı erkən məğlub edərək, çempion titulunu qazanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: