Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Kəpəz” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Arena.az xəbər verir ki, Gəncə təmsilçisi Birinci Liqada mübarizə aparacaq “Zaqatala” ilə qarşılaşıb.
Gəncə şəhər stadionunun ev sahibliyi etdiyi görüşün taleyini bir qol həll edib. Meydan sahibləri bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar. Gəncəlilərin qələbə qolunu Abdullahi Şuaybu vurub.
Xatırladaq ki, “Kəpəz” Premyer Liqada fasiləyə 5 oyunda topladığı 4 xalla 9-cu pillədə yollanıb. Azər Məmmədovun çalışdırdığı komanda fasilədən sonrakı ilk matçında “Səbail”i qəbul edəcək. Bu oyun sentyabrın 16-da Gəncə şəhər stadionunda keçiriləcək.


