Azərbaycanlı FIFA referisi Rauf Cabbarov növbəti beynəlxalq təyinat alıb. Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Rauf Cabbarov 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Latviya – Uels qarşılaşmasının baş hakimi olacaq.
Ona yan xətt hakimləri Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim İnqilab Məmmədov olacaq.
Xatırladaq ki, Latviya – Uels oyunu sentyabrın 12-də keçiriləcək.


