Bu gün futbol üzrə İkinci Liqada 2-ci turun oyunlarına start verilib. Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Şəfa” doğma meydanda “Şəki Siti”yə 6 cavabsız qolla uduzub. Altı qolun qeydə alındığı “Ağdaş” – “Baku Sportinq” matçında da qonaqlar qələbəyə seviniblər.
“Şahdağ Qusar” doğma meydanda “Kürmük Qax”a qalib gəlib. “Füzuli” isə “Kür Araz”la səfər oyunundan qalib ayrılıb.
İkinci Liqada 2-ci tura sabah keçiriləcək üç oyunla yekun vurulacaq.
İkinci Liqa
2-ci tur
10 sentyabr
“Şəfa” – “Şəki Siti” 0:6
Qollar: Ayxan Qələndərli, 20-öz qapısına. Ravil Yusifli, 38; 45-pen; 82. Elçin Ramazanov, 59. Şahin Şaxnıyev, 90+3.
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Zöhrab Abbasov, Kamil Aydınov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Binə qəsəbə stadionu, 16:00.
“Şahdağ Qusar” – “Kürmük Qax” 3:1
Qollar: Tural Qurbatov, 15; 30. Fuad Hüseynov, 77 – Elcan Hafizli, 74.
Hakimlər: Emin Əliyev, Teymur Teymurov, Anar Bədəlov, Rəsul Babayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı OİK stadionu, 16:30.
“Ağdaş” – “Baku Sportinq” 2:4
Qollar: Taryel Zeynalov, 38; 87 – Röyal Nəcəfov, 13; 46. Ülvi Quliyev, 55. Qərib İbrahimov, 70-pen.
Hakimlər: Şamil İmanzadə, Zakir Şükürzadə, Sənan Atayev, Vüqar Həsənli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Elçin Mehdiyev.
Ağdaş şəhər stadionu, 16:30.
“Kür Araz” – “Füzuli” 1:2
Qollar: Elnur Məmmədov, 3 – Kənan Mirzəliyev, 33. Təmraz Əmircanov, 57.
Hakimlər: Elvin Bayramov, Kərim Zeynalov, Mirnihat Seyidov, Emin Abdullayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Saatlı OİK stadionu, 17:00.
11 sentyabr
“Cəbrayıl” – “Göygol”
Hakimlər: Kamranbəy Rəhimov, Vüsal Məmmədov, Rasim Axundov, İrşad Aydınov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elman Musayev.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 14:00
“Dinamo” – “Lerik”
Hakimlər: Kamran Əliyev, Müslüm Əliyev, Orxan İbişov, İslam Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Binə qəsəbə stadionu, 16:00.
“Qusar” – “Şəmkir”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:30.


