Futbol üzrə Azərbaycan İkinci Liqasında 2023/2024 mövsümünün 3-cü turunun oyun cədvəli açıqlanıb. Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 3-cü turun görüşləri 18 və 19 sentyabrda baş tutacaq. İlk oyun günündə 3, sonuncu gündə isə 4 qarşılaşmanın keçirilməsi nəzərdə tutulub.
İkinci Liqa
3-cü tur
18 sentyabr
“Kürmük Qax” – “Cəbrayıl”
Qax OİK stadionu, 15:00.
“Şəki Siti” – Ağdaş”
Şəki şəhər stadionu, 16:00.
“Lerik” – “Şəfa”
Lənkəran OİK stadionu, 16:00.
19 sentyabr
“Füzuli” – “Qusar”
“ASK Arena”, 13:00.
“Baku Sportinq” – “Şahdağ Qusar”
Binə qəsəbə stadionu, 15:00.
“Göygöl” – “Kür-Araz”
Göygöl OİK stadionu, 15:30.
“Şəmkir” – “Dinamo”
Şəmkir OİK stadionu, 16:00.


