Çimərlik futbolu üzrə Azərbaycan millisi İtaliyanın Alqero şəhərində təşkil olunmuş Avropa Super Finalında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, millimiz dördüncü oyununda Fransa yığması ilə qarşılaşıb.
15-12-ci yerlər uğrunda baş tutan oyunda Fransa yığması 9:3 hesabı ilə qalib gəlib. Millimizin heyətində Elşad Manafov dubl edib, digər qolu isə Tural Qürbətov vurub.
Xatırladaq ki, millimiz qrup mərhələsində Türkiyəni məğlub etsə (5:5, penaltilər 3:1) də, Rumıniyaya 2:4, İsveçrəyə 7:8 hesabıyla uduzmuşdu.
Azərbaycan millisinin baş məşqçisi Zeynal Zeynalov komandaya 12 oyunçu cəlb edib.
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov;
Oyunçular: Amid Nəzərov, Elşad Manafov, Orxan Məmmədov, Sabir Allahquliyev, Comərd Baxşəliyev, Hüseyn Axundov, Ramil Əliyev, Kamran Qürbətov, İsa Zeynallı, Tural Qurbətov.
Çimərlik futbolu üzrə Avropa Super Finalı sentyabrın 25-nə qədər davam edəcək. Azərbaycan millisi turnirdə növbəti oyununu sabah 15-12-ci yerlər uğrunda üz-üzə gələcəyi Yunanıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.


