Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini qazandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk dəfə təşkil olunan UEFA Millətlər Liqası çərçivəsində bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi millimiz bu turnirdəki ikinci matçını Monteneqro yığmasına qarşı keçirib.

Komandamız bu rəqiblə səfərdə üz-üzə gəlib. İsveçdən olan hakimlər briqadasının idarə etdiyi qarşılaşmada ilk hissə qolsuz yekunlaşıb. İkinci hissənin sonlarında bir qol vuran yığmamız bu oyundan qələbə ilə ayrılmağa nail olub.

Nəticədə Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk qələbəsini rəsmiləşdirib. Xatırladaq ki, yığmamız bu turnirdəki debüt matçını doğma meydanda Kiprə qarşı keçirmiş və 1:1 hesablı heç-heçəyə razılaşmışdı.

Xatırladaq ki, yığmamızın yer aldığı 3-cü qrupda Kipr və Monteneqrodan başqa Farer adaları da var. Millimizin növbəti matçı məhz Farer adaları yığmasına qarşı olacaq. Bu matç oktyabrın 27-də səfərdə keçiriləcək. Yeri gəlmişkən, ilk oyunda evdə Monteneqroya 0:1 uduzmuş farerlilər bu gün Kiprə də səfərdə eyni hesabla məğlub olublar.

UEFA Millətlər Liqası
C Liqası, 3-cü qrup
22 sentyabr

Monteneqro – Azərbaycan 0:1
Qol: Nazlıcan Parlak, 88.
Hakimlər: Maral Mirzai Beni, Kamilla Stendal, Tilde Larsson, Hanna Laayanen (hamısı İsveç).
Podqoritsa. “Lyeskopolye Arena”.

Monteneqro: 12. Anastasiya Krstoviç, 3. Aleksandra Popoviç, 4. Maya Saranoviç, 5. Tatyana Dyurkoviç, 6. Helena Boziç (9. Tatyana Osmayiç, 90+8), 7. Sladyana Bulatoviç (k), 8. Yasna Dyokoviç, 10. Yelena Yarliçiç, 11. Armisa Kuç, 16. Andela Toskoviç, 23. Yelena Vuyadinoviç (21. Andrea Yanyuşeviç, 75).
Ehtiyat oyunçular: 1. Aysa Kalaç, 13. Yovana Zuqiç, 2. Miliça Radunoviç, 14. Yovana Sariç, 15. Tanya Malesiya, 17. İvana Boriçiç, 18. Sara Simonoviç, 19. Katarina Çadenoviç, 20. Nada Durdevaç, 22. Masa Tomaseviç.
Baş məşqçi: Mirko Mariç.
Azərbaycan: 1. Aytac Şərifova, 2. Diana Məmmədova (14. Coşqunə Əliyeva, 90+1), 3. Jalə Məhsimova, 4. Nigar Mirzəliyeva, 5. Ayşən Əhmədova, 7. Manə Mollayeva, 9. Sevinc Cəfərzadə (k), 10. Kristina Bakarandze, 16. Nazlıcan Parlak, 20. Peritan Bozdağ, 23. Yeliz Acar.
Ehtiyat oyunçular: 12. Göknur Gülerüz, 22. Nərgiz Əliyeva, 6. Milana Rəhimova, 8. Firəngiz Teymurova, 11. Vüsalə Seyfətdinova, 13. Nərgiz Hacıyeva, 15. Kamilla Məmmədova, 17. Vüsalə Hacıyeva, 18. Alina Dorofeyeva, 19. Sona Rəhimova, 21. Aysun Əliyeva.
Baş məşqçi: Siyasət Əsgərov.

Xal: Kipr – 4. Azərbaycan – 4. Monteneqro – 3. Farer adaları – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: