“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 9-cu turunda qarşılaşdığı “Zirə” ilə səfər matçının hakimliyindən narazı qalıb.
Arena.az xəbər verir ki, Tovuz təmsilçisinin çalışdırıcısı Ayxan Abbasov 1:2 hesabıyla uduzduqları matçın ardından baş tutan mətbuat konfransında hakimlərin səhvə yol verdiyini açıqlamışdı:
“İkinci qoldan qabaq rəqib hücumçu müdafiəçimizə dirsək atmışdı. Neçə oyundur ki, hakimlər penaltilərimizi vermirlər, xırda follara baxmırlar. Bu da bizə baha başa gəlir. Xallar qazana bilmirik”.
Artıq Tovuz klubu narazı qaldığı epizodun videogörüntüsünü də yayıb. Həmin epizodun görüntüsünü sizə təqdim edirik.
Xatırladaq ki, “Zirə” – “Turan Tovuz” matçını İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edirdi. Bu nəticədən sonra Tovuz təmsilçisi 11 xalla 6-cı pillədə qərarlaşıb. “Zirə” isə 19 xalla birincidir.


