19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-19) Bakıda və Daşkənddə təlim-məşq toplanışı olacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandamız oktyabrın 11-dən 13-nə qədər Bakıda hazırlıq keçəcək. Ayın 13-dən 17-nə qədər isə Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışı təşkil olunacaq. Millimiz hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-19 oktyabrın 14-də və 16-da Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Yığmamızın baş məşqçisi Aqil Nəbiyev qarşıdakı toplanış və yoldaşlıq oyunları üçün heyətə 23 futbolçu dəvət edib. Həmin futbolçuların siyahısını təqdim edirik:
1. Xəyal Fərzullayev – Sumqayıt
2. Rəvan Mirzəmmədov – Sabah
3. Musa Məmmədov – Qarabağ
4. Zaman Zamanlı – Səbail
5. Raul Hacıyev – Rustavi (Gürcüstan)
6. Saleh Süleymanov – Cəbrail
7. Eşqin Əhmədov – Qəbələ
8. Ravil Qafarov – Qəbələ
9. Rüfət Abbasov – Neftçi
10. Arzu Atakişiyev – Kəpəz
11. Uğur Səfərov – Qarabağ
12. Fəxri Məmmədli – Sabah
13. Şahin Şahniyarov – Qəbələ
14. Murad Ələkbərov – Zirə
15. Edqar Adilxanov – Şamaxı
16. Adəm Topalov – Səbail
17. Murad Məmmədov – Neftçi
18. Ceyhun Hacıyev – Verl (Almaniya)
19. Nihat Mehrəliyev – Qarabağ
20. Əsəd Əsədli – Turan Tovuz
21. Sənan Ağalarov – Qəbələ
22. Sadiq Şəfiyev – Turan Tovuz
23. Xəyyam Məmmədli – Qəbələ
AFFA-nın yaydığı məlumatda o da qeyd olunub ki, Ceyhun Hacıyev oktyabrın 13-dən Özbəkistanda komandaya qoşulacaq.


