Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) heyətində dəyişiklik edilib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Rauf Hacıyev (“Rustavi”, Gürcüstan), Nihat Mehrəliyev (“Qarabağ”) və Əsəd Əsədov (“Turan Tovuz”) U-19-un heyətindən çıxarılıb. Onların əvəzinə Əkbər Eybov (“Səbail”) və İbrahim İbrahimli (“Qarabağ”) düşərgəyə qoşulub.
Xatırladaq ki, 19 yaşlılardan ibarət Azərbaycan millisi oktyabrın 14-də və 16-da Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək. Qeyd olunan oyunlara hazırlıq məqsədilə yığmamız oktyabrın 13-nə qədər Bakıda təlim-məşq toplanışı keçəcək. Məhz Bakı toplanışından sonra Özbəkistana gedəcək yekun heyət müəyyənləşəcək.


