2024-cü ilin əvvəlində Fil Dişi Sahilində (Kot-d’İvuar) təşkil olunacaq Afrika Millətlər Kubokunun qrup mərhələsinin püşkü atılıb.
Arena.az xəbər verir ki, növbəti qitə birinciliyində 24 komanda 6 qrupda mübarizə aparacaq.
Meydan sahibi Fil Dişi Sahili A qrupunda Nigeriya, Ekvatorial Qvineya və Qvineya-Bisau ilə mübarizə aparacaq.
Xatırladaq ki, Fil Dişi Sahilinin beş şəhərində keçiriləcək Afrika Millətlər Kuboku 2024-cü il yanvarın 13-dən fevralın 11-nə qədər davam edəcək.

A qrupu: Fil Dişi Sahili, Nigeriya, Ekvatorial Qvineya, Qvineya-Bisau
B qrupu: Misir, Qana, Kabo Verde, Mozambik
C qrupu: Seneqal, Kamerun, Qvineya, Qambiya
D qrupu: Əlcəzair, Burkina Faso, Mavritaniya, Anqola
E qrupu: Tunis, Mali, Cənubi Afrika, Namibiya
F qrupu: Mərakeş, Konqo DR, Zambiya, Tanzaniya.


