Canni De Byazi bu 2 oyunçuya Avstriya ilə oyunda ehtiyac duymadı

Azərbaycan millisinin baş məşqçi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində Avstriya ilə oyun üçün 23 nəfərlik heyəti açıqlayıb.

Arena.az xəbər verir ki, italiyalı mütəxəssis seçmə mərhələ oyunları üçün milliyə çağırdığı iki oyunçuya bugünkü matçda ehtiyac duymayıb.

Söhbət Türkiyənin “Tuzlaspor” klubunun müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə “Səbail”in yarımmüdafiəçisi Yusif Nəbiyevdən gedir. Adı çəkilən futbolçular qarşılaşmanı tribunadan izləməli olacaqlar.

Xatırladaq ki, bir neçə gün öncə Tallində baş tutan Estoniya ilə oyunda Canni De Byazi “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə və “Qarabağ”ın gənc oyunçusu Nəriman Axundzadəyə ehtiyac duymamışdı. Əvəzində onlar bu gün keçiriləcək matçın “23-lüy”ündə yer alacaqlar.

Beləliklə, millimizin Avstriya ilə oyununun iştirak ərizəsində bu 23 futbolçunun adı yer alacaq:

Qapıçılar: 1. Səlahət Ağayev, 12. Şahrudin Məhəmmədəliyev, 23. Rəşad Əzizli;

Müdafiəçilər: 2. Cəlal Hüseynov, 4. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 6. Höccət Haqqverdi;

Yarımmüdafiəçilər: 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 13. Emil Səfərov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Ozan Can Kökçü, 19. Filip Ozobiç, 20. Aleksey İsayev, 21. Qismət Alıyev;

Hücumçular: 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 14. Nəriman Axundzadə, 15. Rüstəm Əhmədzadə, 22. Musa Qurbanlı.

Avstriya yığmasının da millimizlə oyun üçün “23-lüy”ü bəlli olub. Heyətdə bu futbolçulara yer verilib:

Qapıçılar: 1. Nikls Hedl, 12. Aleksandr Şlyager, 13. Patrik Pents;

Müdafiəçilər: 2. Maksimilian Vöber, 5. Samson Baydo, 15. Filipp Linhart;

Yarımmüdafiəçilər: 4. Xavyer Şlyager, 6. Nikolas Sivald, 8. Marko Qrüll, 9. Marsel Zabitser, 10. Florian Qriliç, 14. Deyan Lyubiçiç, 16. Romano Şmid, 17. Florian Kaynts, 18. Aleksandr Prass, 19. Kristof Baumqartner, 20. Konrad Laymer, 21. Patrik Vimmer, 22. Mattias Seydl, 23. Məhəmməd Çam;

Hücumçular: 3. Quido Burqstaller, 7. Saşa Kalaydziç, 11. Manprit Zakariya.

Xatırladaq ki, Azərbaycan – Avstriya matçına bu gün Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: