Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası bu gün Çelenc Kubokunun 1/32 final mərhələsində cavab oyununa çıxıb.
Arena.az xəbər verir ki, təmsilçimiz Ukrayna təmsilçisi “Balta” ilə qarşılaşıb.
Bu komandalar arasında ötən gün Bakıda keçirilən görüşdə “Azərreyl” 3:0 hesablı qələbə qazanmışdı. Cavab matçı da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub. Ancaq bu dəfə ukraynalılar meydan sahibi qismində çıxış ediblər. Bu görüşdə də quru hesabla qələbə qazanan Azərbaycan təmsilçisi 1/16 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Azərbaycan təmsilçisi növbəti mərhələdə İspaniyanın “Avarka de Menorka” kollektivi ilə qarşılaşacaq. Bu rəqiblə oyunlar noyabr ayında təşkil olunacaq.
Çelenc Kuboku
1/32 final mərhələsinin cavab oyunu
18 oktyabr
“Balta” – “Azərreyl” 3:0 (25:23, 25:15, 25:19)
Bakı. Voleybol Mərkəzi.
İlk oyun – 0:3.


