Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 10-cu turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk görüşü Tovuzda keçirilib.
Burada “Kəpəz” “Zirə”ni qəbul edib. Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu görüşdə qapılara qol vurulmayıb.
Günün digər oyunu “Sabah”la “Sumqayıt” arasında baş tutacaq. Bu oyuna saat 18:00-da start veriləcək.
Xatırladaq ki, ilk gündə “Turan Tovuz”la “Qarabağ”ın görüşü 2:2 hesabıyla bitib. “Səbail” isə evdə “Neftçi”yə məğlub olub – 2:4.
Premyer Liqa
10-cu tur
21 oktyabr
“Kəpəz” – “Zirə” 0:0
Hakimlər: Rauf Allahverdiyev, Kamran Bayramov, Eyyub İbrahimov, Kamran Əliyev.
Tovuz şəhər stadionu, 15:00.
Kəpəz: 12. Kamran İbrahimov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 8. Elmir Tağıyev, 22. Rüfət Əhmədov, 91. Latir Fall, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek, 96. İqor Rodriqes, 3. Vurğun Hüseynov, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 4. Vüsal Məsimov, 20. Mahir Həsənov, 15. Cavad Kərimov, 26. Adama Niane.
Baş məşqçi: Azər Məmmədov.
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 4. Ruan Renato (k), 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 99. Nazim Həsənzadə, 72. Elmar Rəhimov, 55. Ramin Abdullayev, 64. Mahmud Ağayev, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla.
Baş məşqçi: Rəşad Sadıqov.


