Ceymi Karrager futbolçuları simulyasiyaya son qoymağa çağırdı

“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karraqer rəqib hücumunu pozmaq üçün zədə simulyasiyası tətbiq edən oyunçuların davranışını tənqid edib.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, Karrager Premyer Liqa oyunçularını müvafiq davranışlara, xüsusən də başla bağlı simulyasiyaya son verməyə çağırıb.

Karrager nümunə olaraq Premyer Liqanın 9-cu turunun “Aston Villa” – “Vest Hem” oyunundan (4:1) bir məqamı göstərib. Həmin məqamda meydan sahiblərinin yarımmüdafiəçisi Nikolo Zaniolo öz sahəsində topu itirdikdən sonra başını tutaraq yıxılıb. Bu, rəqibin sürüşmə fəndi qarşılığında mübarizənin nəticəsi olub. Hakim Devid Kut tövsiyələrə əməl edərək, oyunu dayandırıb.

“Mənim üçün kifayətdir. Oyunçular baş zədələrini simulyasiya edirlər. Hakimin bundan xəbəri olmaya bilər, amma o, mübarizəni görüb və bilir ki, dəhşətli heç nə baş verməyib.

Bu, oyunu məhv edir. Oyunçular hakimin fit çalmalı olduğunu bilərək, topu itirməyin təhlükəli vəziyyətə səbəb ola biləcəyini anlayanda yıxılırlar. Bu, cəfəngiyyatdır.

Bunu dayandırmaq lazımdır, bu, çox tez-tez baş verir. Bu, oyunçulara kömək etmək üçün təqdim edilib, amma indi bundan sui-istifadə edirlər. Beş dəqiqə sonra Zaniolo ilə bağlı hər şey qaydasında idi”, deyə Ceymi Karrager bildirib.