Yazıcının agenti: “Yusuf Türkiyə millisində oynamağa layiqdir”

“Lill”in türk hücumameylli yarımmüdafiəçisi Yusuf Yazıcının agenti Adəm Çebeci futbolçunun cari idman forması haqda fikirlərini paylaşıb.

Arena.az “Metaratings” dərgisinə istinadən Çebeci müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Futbolda eniş-yoxuşlar ola bilər. Yusufun da belində zədə vardı. Futbolda uğursuzluqlar olur, amma keyfiyyət həmişə dəyişməzdir. Yusuf mövsümə yaxşı başlayıb, Fransada mövsümöncəsi yaxşı məşq edib, öz keyfiyyətlərini nümayiş etdirib və hazırda “Lill”in aparıcılarında biridir. Yazıcı xüsusi oyunçudur və həmişə beləsi olacaq. “Lill” üçün belə bir səmərə ilə o, mütləq Türkiyə millisində oynamağa layiqdir”, deyə Yazıcının agenti bildirib.

Yusuf Yazıcı “Lill”in düşərgəsinə 2019-cu ilin avqustunda 18,50 milyon avro qarşılığında yetirməsi olduğu “Trabzonspor”dan keçib. Bu müddətdə Yazıcı 2022-ci ilin yanvarından iyununa qədər Moskva CSKA-sında çıxış edib, həmçinin sonra bir müddətə icarə əsasında “Trabzonspor”a qayıdıb və 2023-cü ilin iyununda yenidən “itlər”ə qoşulub. Yazıcının “Lill”ə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yazıcı “itlər”in heəytində 13 oyuna çıxıb, 4 qol vurub. Yusufun “Lill”in heyətində ümumi statistikası isə belədir: 106 oyun, 21 qol, 11 məhsuldar ötürmə. Türk futbolçu “Lill”in 2020/2021 mövsümündə Fransa çempionluğunu qazanmasında oyunu ilə müstəsna xidmətlər göstərib. Yazıcı həmçinin 2021/2022 mövsümündə Fransa Super Kubokunu qazanıb. Yusuf 7 qolla 2020/2021 mövsümü Avropa Liqasının ən sərrast futbolçusu olub.

Yusuf Yazıcı 2017-ci ilin iyununda debüt etdiyi Türkiyə millisinin heyətində 39 oyuna 2 qol, 7 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet portalı 26 yaşlı Yusuf Yazıcını 9 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: