Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 7-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Şamaxı” doğma meydanda “Difai Ağsu”nu 2 cavabsız qolla məğlub edibsə, “İmişli” “Zaqatala” ilə ev oyununda 4 cavavabsız qola sevinib.
“Mingəçevir”in qonağı olan “İrəvan” səfərdən inamlı qələbə ilə dönüb. “Araz Saatlı”nın qonağıı olan “Karvan” da darmadağına sevinib.
7-ci tura sabah keçiriləcək “Qaradağ Lökbatan” – MOİK oyunu ilə yekun vurulacaq.
Birinci Liqa
7-ci tur
1 noyabr
“Şamaxı” – “Difai Ağsu” 2:0
Qollar: Elşad Tağıyev, 16. Cəlal Cəbrayılov, 45.
Hakimlər: Əkbər Əhmədov, Vüqar Bayramov, Zakir Şükürzadə, Murad Səlimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı şəhər stadionu, 14:00.
“Mingəçevir” – “İrəvan” 0:2
Qollar: Vüsal Əsgərov, 45+5. Famil Camalov, 89.
Hakimlər: Mahmud Bağırzadə, Orxan İbişov, Samir Qaracayev, Vüqar Həsənli.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00.
“İmişli” – “Zaqatala” 4:0
Qollar: Xəzər Mahmudov, 37; 57. Həzrət İsayev, 52. Muxtar Nəzərli, 76.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
İmişli şəhər stadionu, 14:30.
“Araz Saatlı” – “Karvan” 1:5
Qollar: Rəvan Əvəzov, 90 – Ruslan Voronsov, 31; 40. Peter Kinqs, 48; 83. Elnur Mustafazadə, 70.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Elman Kərimov, Elvin Bayramov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Saatlı OİK stadionu, 14:30.
2 noyabr
“Qaradağ Lökbatan” – MOİK
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Akif Əmirəli, İslam Məmmədov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 13:00.


