Birinci Liqanın debütantı və autsayderlərindən olan “Araz Saatlı” futbolçusu Sahil Həsənovu komandadan uzaqlaşdırıb.
Arena.az-ın əldə etdiyi məlumata görə, 2004-cü il təvəllüdlü Sahilin Mərkəzi Aran təmsilçisi ilə cari mövsümün sonuna qədər müqaviləsi var.
Lakin ona məşqlərə qatılmaq qadağan edilib. Saatlı klubu oyunçunun maaşını da ödəmək istəmir. “Araz Saatlı”nın idman direktoru Ədalət Abdullayev onunla əlaqə saxlayaraq daha kluba lazım olmadığını deyib.
Xatırladaq ki, sözügedən komanda hazırda 3 xalla 10 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.


