Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 13-cü turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edəcək. Sözügedən komandalar Mərdəkandakı “Dalğa Arena”da üz-üzə gələcəklər. Hazırda 20 xala malik Naxçıvan təmsilçisi turnir cədvəlinin 4-cü pilləsindədir və lider “Zirə”dən cəmi 4 xal geri qalır. Azər Bağırovun komandası bu oyunda qalib gəlməklə bu fərqi minimuma endirməyə çalışacaq. Baş məşqçisiz qalan “Kəpəz” isə hazırda 6 xalla sonuncudur.
Xatırladaq ki, “Araz-Naxçıvan”la “Kəpəz” bugünə qədər 5 oyunda üz-üzə gəliblər. Bu oyunlarda Naxçıvan təmsilçisi 2, Gəncə klubu 3 qələbəyə sevinib. Tərəflər arasında heç vaxt heç-heçə qeydə alınmayıb. “Kəpəz” son iki oyunda xal qazanmayıb. “Araz-Naxçıvan” son üç matçda ardıcıl olaraq qol vurub.
Premyer Liqa
13-cü tur
10 noyabr
“Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Fərid Hacıyev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “Dalğa Arena”, 19:00
11 noyabr
“Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı. “Neftçi Arena”, 16:30.
“Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tovuz şəhər stadionu, 19:00.
12 noyabr
“Zirə” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Zirə İdman Kompleksinin stadionu, 16:30.
“Qarabağ” – “Səbail”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Vüsal Məmmədov, Kamal Umudlu.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.


