Cüdo: Aydan Vəliyeva Pertdə bürünc medal qazandı

Cüdo üzrə Azərbaycan milli komandasının üzvləri Avstraliyanın Pert şəhərində keçirilən Açıq Okeaniya turnirində mübarizə aparırlar.

Arena.az xəbər verir ki, yığmamızın üzvləri ilk yarış gününü bir medalla başa vurublar.

Yarışın ilk günündə qadınlar və kişilər arasında 4 çəki dərəcəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Qadınlar arasında -52 kq çəki dərəcəsində Aydan Vəliyeva yarışın bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Gültac Məmmədəliyeva 5-ci yerə çıxıb.

-57 kq çəkidə Fidan Əlizadə yarışı 7-ci yerdə tamamlayıb.

Kişilər arasında -73 kq çəkidə Nurlan Osmanov da 7-ci yerdə qərarlaşıb.

Noyabrın 11-də başa çatacaq yarışda daha iki cüdoçumuz medal qazanmağa çalışacaq.

Xatırladaq ki, turnirdə 64 ölkədən 299 idmançı iştirak edir. Azərbaycan yarışda qadınlar və kişilər arasında 5 çəki dərəsində 8 cüdoçu ilə təmsil olunur. Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Elçin İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Elnur İsmayılov rəhbərlik edirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: