Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev Avropa çempionatının (AÇ-2024) seçmə mərhələsinin oyununa təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Asim Xudiyev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İsveç – Estoniya oyununun hakim-inspektoru olacaq.
Bu qarşılaşma noyabrın 19-da Solna şəhərindəki “Friends Arena”da baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.
Sonda onu da xatırladaq ki, İsveç və Estoniya yığmaları AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda (F qrupu) mübarizə aparırlar.


