Andrey Lunyov “Bayer”lə oyuna zədəli çıxdığını etiraf etdi

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov Avropa Liqasının 4-cü turunda “Bayer”lə oyundan (0:1) əvvəl yüngül zədəsi olduğunu etiraf edib.

Arena.az bu barədə “Match TV”-yə istinadən məlumat verir:

  • “Bayer”lə cavab oyunundan razı qaldınmı?
  • Çox məqamlar olmadı, amma komanda məğlub oldu. İstərdim ki, sona qədər oynayım və oyunu heç olmasa heç-heçə başa vuraq. Nəticədən içimdə bir qalıq var. Ümumilikdə, yəqin ki, yaxşı oynadım.
  • Oyundan əvvəl əzələ zədən vardımı?
  • Acazıq vardı, amma hər şey yaxşı idi – oynadım axı.
  • Meydana girməkdə risk etmisən?
  • Risk etdim, amma eyb etməz: risk etməyənlər Yeni il ərəfəsində şampan içməzlər. Bu zədənin dizlə heç bir əlaqəsi yox idi, başqa əhvalatdır.
  • Keçmiş komanda yoldaşlarınla ünsiyyət qura bildinmi?
  • Bəli, onlar məni isti, mehribanlıqla qarşıladılar. Bu, çox xoş idi.

Xatırladaq ki, noyabrın 9-da Bakıda keçirilmiş “Qarabağ” – “Bayer” oyunu Almaniya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu oyunun əsas vaxtına əlavə edilmiş 4-cü təzminat dəqiqəsində leverkuzenlilərin nigeriyalı mərkəz hücumçusu Viktor Bonifase vurub. Lunyov buna qədər zədələnərək, 84-cü dəqiqədə gürcü qapıçı Luka Quqeşaşvili ilə əvəzlənib.

Daha əvvəl, noyabrın 7-də Andrey Lunyov Rusiya yığmasının noyabrın 13-də Novoqorskda keçiriləcək təlim-məşq toplanışına çağırılmışdı. Təqvim üzrə noyabrın 20-də Rusiya yığmasının Volqoqradda Kuba yığması ilə yoldaşlıq oyunu keçirəcəyi nəzərdə tutulub.

Lunyov “Qarabağ”a cari ilin avqustunda Leverkuzen “Bayer”indən azad agent qismində qoşulub. Rusiyalı qapıçının “Qarabağ”la müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Lunyov “Qarabağ”ın heyətində 9 oyuna çıxıb, 9 qol buraxıb, 5 oyunda qapısının toxunulmazlığını təmin edib.
Lunyov 2017-ci ilin oktyabrında debüt etdiyi Rusiya yığmasının heyətində 7 oyun keçirib, 14 qol buraxıb.

“Transfermarkt” internet-portalı 32yaşlı Andrey Lunyovu 1,2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: