Samir Ələkbərov AFFA tərəfindən təbrik olundu

AFFA-nın inzibati binasında baş katib Sərxan Hacıyevlə Azərbaycan millisinin sabiq futbolçusu Samir Ələkbərov arasında görüş keçirilib.

Arena.az xəbər verir ki, baş katib Samir Ələkbərovu 55 illik yubileyi münasibətilə AFFA rəhbərliyi adından təbrik edib, ona cansağlığı, fəaliyyətində uğurlar arzulayıb.

Xatırladaq ki, Azərbaycan millisinin və “Neftçi”nin veteran futbolçusu, müxtəlif klublarda məşqçi kimi fəaliyyət göstərmiş Samir Ələkbərov peşəkar karyerasına 2001-ci ildə son qoyub. O, “Neftçi”də və “Xəzər Lənkəran”da məşqçi kimi də fəaliyyət göstərib. Ələkbərov Azərbaycan millisində 16 oyun keçirmiş. Keçmiş hücumçu bu oyunlarda 2 qola imza atıb.

Sonda onu da qeyd edək ki, hazırda 55 yaşı olan Samir Ələkbərov 8 oktyabrda dünyaya göz açıb. Lakin AFFA onu nədənsə təxminən bir ay sonra sonra təbrik edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: