Azərbaycan millisinin baş məşqçi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində İsveçlə oyun üçün 23 nəfərlik heyəti açıqlayıb.
Arena.az xəbər verir ki, italiyalı mütəxəssis seçmə mərhələ oyunları üçün milliyə çağırdığı dörd oyunçuya bugünkü matçda ehtiyac duymayıb.
Belə ki, Canni De Byazi “Zirə”dən Rüstəm Əhmədzadəyə, “Sumqayıt”dan Səbuhi Abdullazadəyə, Bolqarıstanın “Arda” klubundan Cəlal Hüseynova və “Qəbələ”dən Emil Səfərova ehtiyac duymayıb. Onlar bugünkü oyunu tribunadan izləməli olacaqlar.
Beləliklə, millimizin İsveçlə oyununun iştirak ərizəsində bu 23 futbolçunun adı yer alacaq:
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Yusif İmanov, 23. Rəşad Əzizov;
Müdafiəçilər: 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 6. Höccət Haqverdi, 13. Turan Manafov, 15. Amin Seydiyev;
Yarımmüdafiəçilər: 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 14. Eddi İsrafilov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Ozan Can Kökçü, 20. Aleksey İsayev, 21. Qismət Alıyev;
Hücumçular: 9. Renat Dadaşov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 19. Nəriman Axundzadə, 22. Musa Qurbanlı.
İsveç yığmasının da millimizlə oyun üçün “23-lüy”ü bəlli olub. Heyətdə bu futbolçulara yer verilib:
Qapıçılar: 1. Robin Olsen, 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt;
Müdafiəçilər: 2. Emil Kraft, 3. Viktor Lindelöf, 4. Filip Helander, 5. İsak Hin, 6. Niklas Hult, 14. Linus Valkfist, 15. Karl Starfelt;
Yarımmüdafiəçilər: 7. Viktor Klaesson, 8. Albin Ekdal, 9. Yens Kayuste, 10. Emil Forsberq, 11. Markus Roden, 13. Ken Sema, 16. Huqo Larsson, 18. Samuel Qustafson, 19. Mattias Svanberq, 20. Kristoffer Olsson;
Hücumçular: 17. Viktor Qyökeres, 21. Deyan Kuluşevski, 22. Robin Kayson.
Qeyd edək ki, bu güm Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç matçına saat 21:00-da start veriləcək. Yığmamız 6 oyundan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar.


