“Sauthempton” və İngiltərə yığmasının keçmiş yarımmüdafiəçisi Mett Le Tissye “İnter Mayami”nin sahibi Devid Bekhemi qınayıb.
Arena.az “Metro” dərgisinə istinadən məlumat verir ki, Tissye İngiltərə yığmasının sabiq futbolçusu Bekhemin amerikan sahibkar, milyarder Bill Qeytslə fotoşəklinə görə, Devidi tənqid edib:
“Ciddisən, niyə? Sən yaxşı futbolçu idin, Devid, amma dahi futbolçu deyildin. Sən dünya səviyyəli deyildin. Sən çox, öz işində çox yaxşı futbolçu idin, çox yaxşı idin. Niyə bu gədə ilə oturub-durursan? Heç olmasa, onun hansı cinayətlər törətdiyini bilirsən? Düşünürəm ki, bütün bunlar bu səviyyəli insanlar çevrəsinin ayrılmaz hissəsidir”, deyə Mett Le Tissye bildirib.
Xatırladaq ki, daha əvvəl, Le Tissye Bill Qeytsin koronavirus pandemiyası ilə bağlı vəziyyətdə əli olduğuna eyham vurmuşdu.



