Markus Türam Messinin butsları haqda: “Hər gün təəssüf edirəm…”

“İnter”in və Fransa yığmasının mərkəz hücumçusu Markus Türam Lionel Messinin ona öz butslarını necə hədiyyə etdiyini xatırlayıb.

Arena.az AS dərgisinə istinadən Türamın bu barədə xatirələrini təqdim edir:

“10 yaşım olanda atamın (Lilian Türam – redaktorun qeydi) “Barselona”dakı məşqini izləməyə getdim və yanımda heç bir buts yox idi. Messi gənc idi və məşq etdikdən sonra meydançaya çıxıb digər uşaqlarla oynamaq istəyirdim, “Leo” isə demək olar ki, mənimlə eyni ayaq ölçüsünə malikdi: mənimki 38, onunku isə 40-41-dir.

Bustslarını mənə verdi, mən oynadım, sonra mənə dedi: “Götür”. 10 yaşımda nə baş verdiyini başa düşmədim və ertəsi gün onları bir dostuma verdim. Mən buna hər gün peşmanam…”, deyə Türam bildirib.

Xatırladaq ki, Türam cari ilin yay transfer pəncərəsində Mönhenlqadbah “Borussiya”sından azad agent qismində “İnter”ə keçib. Türamın “İnter”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Türam “neradzurri”nin heyətində 16 oyuna çıxıb, 5 qol vurub, 8 məhsuldar ötürmə verib.

Türam 2020-ci ilin noyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 15 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib. Markus “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.

“Transferemarkt” intermet-portalı 26 yaşlı Markus Türamı 40 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, Markus Türam Fransa yığmasnın heyətində DÇ-98-in qalibi olmuş Lilian Türamın oğlu və “Nitsa”nın yarımmüdafiəçisi Xefren Türamın böyük qardaşıdır.

Xəbəri sosial şəbəkələrdə paylaş: