AFFA Canni De Byaziyə görə jurnalistlərdən üzr istədi

AFFA millimizin baş məşqçisi Canni De Byazinin azərbaycanlı jurnalistlər haqqında işlətdiyi fikirlərə münasibət bildirib.

Arena.az xəbər verir ki, italyan mütəxəssis Belçikaya 0:5 hesabı ilə uduzduqları AÇ-2024-ün seçmə mərhələ oyunundan sonra azərbaycanlı jurnalistlər haqqında nalayiq ifadələr işlədib.

AFFA-nın baş katibi Sərxan Hacıyev 67 yaşlı mütəxəssisin fikirlərinə görə mətbuat nümayəndələrindən üzr istəyib.

Xatırladaq ki, daha öncə də tənqidi suallar qarşısında özündən çıxan Canni De Byazi bu dəfə ümumiyyətlə əndazəni aşıb. O, azərbaycanlı jurnalistləri “axmaq” adlandırıb və onları doğru suallar verməməkdə günahlandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: