Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 14-cü turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, günün ilk oyununda “Səbail” doğma meydanda “Kəpəz”lə üz-üzə gəlib.
Komandalar bu günə qədər 9 dəfə qarşılaşmışdılar. Həmin oyunlarda paytaxt klubu 5, Gəncə təmsilçisi 3 dəfə qalib gəlmiş, 1 oyun da heç-heçə bitmişdi. Son 4 qarşılaşmada qol vuran tərəf qalib gəlirdi. Evdə uduzmayan “Səbail” bu matçların hamısında qol vurmuşdu. Bu oyunda isə tərəflər meydanı qol vurmadan tərk ediblər.
Günün digər matçı “Qəbələ” ilə “Turan Tovuz” arasında baş tutacaq. İlk oyun günündə “Sabah” “Qarabağ”a 1:2 hesabıyla uduzub. “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları sabah baş tutacaq.
Premyer Liqa
14-cü tur
25 noyabr
“Səbail” – “Kəpəz” 0:0
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov.
“Bayıl Arena”, 14:00.
Səbail: 1. Səlahət Ağayev (k), 9. Amil Yunanov, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 99. David Qomis, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silven Deslandes, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 90. Aleksandr Ramalinqom, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
Kəpəz: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 26. Adama Niane, 91. Latir Fall, 25. Georgi Papunaşvili, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 9. Mate Kvirkviya.
Baş məşqçi: Adil Şükürov.


