Klopp “Mançester Siti” ilə oyundan gözləntilərini paylaşdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqa çərçivəsində “Mançester Siti”yə qarşı oyunla bağlı gözləntilərini paylaşıb.

Arena.az “Sky Sports” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Çox şey ola bilər. Zəif oynayıb uduza bilərikmi? Bilərik. Zəif oynayıb qalib gələ bilərikmi? Deyərdim ki, belə ehtimal azdır. “Mançester Siti” ilə bu, demək olar ki, mümkün deyil.
Biz çox yaxşı oyun keçirə bilərik və qalib gələ bilmərik – bu, mümkündür. Həm də əla oynayıb qalib gələ bilmərik. İndi bu komandanın artıq, yoxlamadan keçməsinə gərək yoxdur, hərəkət etdiyimiz yeganə istiqamət yuxarıdır, bu, açıq-aydındır”, deyə Klopp bildirib

Xatırladaq ki, “Liverpul” bu gün, noyabrın 25-də “Mançester Siti” ilə səfərdə qarşılaşacaq. “Etihad”da turun mərkəzi oyunu Bakı vaxt ilə saat 16:30-da başlayacaq.

12 turdan sonra “Mançester Siti” 28 xalla Premyer Liqanın lideridir. “Qırmızılar” 27 xalla “şəhərlilər”i daban-daban təqib edirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: