Əvəzedicilər: “Qarabağ” “Sabah”a məğlub oldu

Bu gün Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 14-cü turun daha bir oyunu keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün yeganə qarşılaşması “Sabah”la “Qarabağ”ın əvəzediciləri arasında baş tutub.

Üç qolun qeydə alındığı oyunda meydan sahibləri qələbə qazanıblar.

14-cü turun qalan oyunları 26 və 27 noyabrda baş tutacaq.

Əvəzedicilər Liqası
14-cü tur
24 noyabr

“Qəbələ-2” – “Turan Tovuz-2” 3:0
Qollar: Eşqin Əhmədov, 49; 85. Sənan Ağalarov, 63.
Hakimlər: Murad Səlimov, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Vüqar Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.

25 noyabr

“Sabah -2” – “Qarabağ-2” 2:1
Qollar: Xəyal Əliyev, 28. Sənan Ağayev, 43 – İbrahim Camalov, 54.
Hakimlər: İslam Məmmədov, Samir Qaracayev, Mirnihat Seyidov, Elvin Bayramov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. “ASK Arena”, 14:00.

26 noyabr

“Səbail-2” – “Kəpəz-2”
Hakimlər: Vüqar Həsənli, Orxan İbişov, Sevda Nuriyeva, Alik Yunusov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 15:00.

27 noyabr

“Sumqayıt-2” – “Zirə-2”
Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Rasim Axundov, Nazim Abdullayev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Sumqayıt Arena” (ehtiyat meydança), 13:00.

“Neftçi-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Kamil Aydınov, Anar Bədəlov, Rəhman Aslanov, Şamil İmanzadə.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Bakı. “Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: