Liqa 1: “Lans”dan darmadağın, Marsel “Olimpik”indən xal itkisi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 13-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Klermon”la qarşılaşan “Lans” 3 xalı 3 cavabsız qolla qazanıb.

“Strasburq” – “Olimpik” (Marsel) matçında isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

13-cü turun qalan görüşləri bazar gününə təsadüd edəcək.

Fransa, Liqa 1
13-cü tur
24 noyabr

PSJ – Monako 5:2
Qollar: Q.Ramos, 18. Mbappe, 39-pen. Dembele, 70. Vitinya, 72. Muani, 90+6 – Minamino, 22. Baloqun, 22.

25 noyabr

Klermon – Lans 0:3
Qollar: Vahi, 11. Tomasson, 50. Said, 82.

Strasburq – “Olimpik” (Marsel) 1:1
Qollar: Emeqa, 6 – Klauss, 27.

26 noyabr

16:00. Nitsa – Tuluza
18:00. Loryan – Mets
18:00. Monpelye – Brest
18:00. Nant – Le Havr
20:05. Renn – Reyms
23:45. Olimpik (Lion) – Lill

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: