Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün ikinci təsnifat mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
Mərhələnin taleyi bir oyunda həll olunduğu üçün, qalib gələn komandalar birbaşa 1/8 finala yüksəliblər.
“Səbail” İkinci Liqanın autsayderi “Şəfa” ilə görüşdə 7 cavabsız qolla qələbə qazanmaqla mərhələ adlayıb. Elitanın digər təmsilçisi “Turan Tovuz” da İkinci Liqada çıxış edən “Göygöl”ə böyük hesabla qalib gəlməklə istəyinə çatıb. Yeri gəlmişkən, Tovuz təmsilçisinin növbəti mərhələdə “Zirə” ilə qarşılaşacağını da qeyd edək.
Digər oyunlara gəlincə, “Difai Ağsu”nu minimal hesabla üstələyən “Karvan” 1/8-ə yüksəlib. MOİK “Cəbrayıl”ı 4 cavabsız qolla yenərək “Qarabağ”a rəqib olub. “İrəvan” da “Araz Saatlı”nın qapısından 4 top keçirməklə növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinin qalan oyunları 29-30 noyabrda keçiriləcək.
Azərbaycan Kuboku
İkinci təsnifat mərhələsi
28 noyabr
“Karvan” – “Difai Ağsu” 1:0
Qol: Ruslan Voronsov, 72.
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Səbuhi Sultanov, Elvin Bayramov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu, 13:30.
“Araz Saatlı” – “İrəvan” 1:4
Qollar: Rəvan Əvəzov, 79-pen – Elvin Yunuszadə, 4. Cavid Tağıyev, 27. Vüsal Əsgərov, 45+3-pen. Arsen Ağcabəyov, 70.
Hakimlər: Kamal Umudlu, Şirmamed Mamedov, Kərim Zeynalov, Əkbər Əhmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Saatlı OİK stadionu, 13:30.
MOİK – “Cəbrayıl” 4:0
Qollar: İsa Zeynallı, 37-pen. Cavidan Abbaszadə, 45+2; 86. Elvin Valiiev, 73.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rahil Ramazanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu, 13:30.
“Şəfa” – “Səbail” 0:7
Qollar: Samir Abdullayev, 10. Yadin Luqasi, 11. Adi Mehremiç, 20. Taleh Qarayev, 25. Amil Yunanov, 39; 78. Aleksandr Ramalinqom, 88.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Tərlan Talıbzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Elman Musayev.
Bakı. “Bayıl Arena”, 15:00.
“Turan Tovuz” – “Göygöl” 5:1
Qollar: Ayxan Hüseynov, 4. Belaydi Pusi, 41; 88. Ayxan Hüseynov, 45. Tərlan Quliyev, 90+2-pen – Ülvi Cəlilov, 38-pen.
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Şamil İmanzadə.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 17:00.


