Bosniya və Herseqovinadan olan Numan Kurdiç “Araz-Naxçıvan”ın tarixinə Premyer Liqada avtoqol müəllifi olan ilk futbolçu kimi düşüb.
Arena.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin kapitanı Azərbaycan Premyer Liqasının 15-ci turunda öz qapısına qol vurub. O, bu uğursuzluğu “Səbail”lə matçda (1:1) yaşayıb.
Buna qədər 44 müxtəlif klubun futbolçuları öz qapısına qol vurmuşdu. “Araz-Naxçıvan” bu siyahıda 45-ci olub. “Neftçi” hamıdan çox – 23, “Şamaxı” 20, “Qarabağ”la “Şüvəlan” hərəsi 18 belə halla üzləşib.
Xatırladaq ki, Numan Kurdiç bu ilin yayından “Araz-Naxçıvan”da çıxış edir. 24 yaşlı yarımmüdafiəçi Premyer Liqa təmsilçisində 15 oyuna çıxıb.


