Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün əvvəlki turlarından təxirə salınmış bir oyun keçirilib.
Arena.az xəbər verir ki, günün yeganə matçında Marsel və Lion “Olimpik”ləri üz-üzə gəliblər.
Meydan sahibləri bu oyunda 3 xalı 3 cavabsız qolla qazanıblar.
Xatırladaq ki, 10-cu turun bu oyun marselli fanatların Lion “Olimpik”inin avtobusunu daşa basması və qonaq komandanın hazırda istefaya göndərilmiş baş məşqçisi Fabio Qrossonun xəsarətlər alması səbəbindən təxirə salınmışdı.
Bu nəticədən sonra Marsel “Olimpik”i turnir cədvəlində 20 xalla 8-ci pillədə qərarlaşıb. Ardıcıl üçüncü məğlubiyyətinə üzülən Lion “Olimpik”i isə 7 xalla sonuncudur.
Fransa, Liqa 1
10-cu turun oyunu
6 dekabr
Olimpik (Marsel) – Olimpik (Lion) 3:0
Qollar: Vitinya, 21. Murilyo, 25. Obameyanq, 55.


