Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2023/2024 mövsümünün 15-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Səfərdə “Renn”lə qarşılaşan “Monako” növbəti qələbəsini rəsmiləşdirib.
Son çempion PSJ də eyni hesabla “Nant”a qalib gəlib.
15-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.
Fransa, Liqa 1
15-ci tur
8 dekabr
Monpelye – Lans 0:0
9 dekabr
Renn – Monako 1:2
Qollar: Buriqe, 90 – Vanderson, 51. Fofana, 85.
PSJ – Nant 2:1
Qollar: Barkola, 41. Kolo Muani, 83 – M.Məhəmməd, 55.
10 dekabr
16:00. Nitsa – Reyms
18:00. Klermon – Lill
18:00. Mets – Brest
18:00. Strasburq – Havr
20:05. Olimpik (Lion) – Tuluza
23:45. Loryan – Olimpik (Marsel)


