Ramil Şeydayev məhsuldar ötürmə etdi, 4 qola sevindi – Video

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, Tailand çempionatının 2023/2024 mövsümünün 13-cü turu çərçivəsində baş tutan “Nakon Patom”la matçın iştirakçısı olub.

“Buriram Yunayted” bu rəqiblə doğma meydanda qarşılaşıb. Beş qolun qeydə alındığı oyun futbolçumuzun komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça start heyətində başlayan 27 yaşlı azərbaycanlı hücumçu 90+2-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 1 qol vurub, 3 məhsuldar ötürmə etmiş Şeydayev bu dəfə də fərqlənib. Komandasının 56-cı dəqiqədə vurduğu ikinci qolun məhsuldar ötürməsinin müəllifi olub.

Bu nəticədən sonra 21 xala malik “Buriram Yunayted” 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Buriram Yunayted” ötən mövsüm Tailandda həm çempionatın, həm də ölkə kubokunun qalibi olub.

Bu yay “Qarabağ”dan ayrılan Ramil Şeydayev “Buriram Yunayted”lə azad agent kimi 2 illik müqaviləyə imza atıb. O, bu komandada indiyə qədər 16 oyuna çıxıb, 1 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: