“Qarabağ”, “Neftçi” və “Sabah” dünya reytinqində yenə gerilədilər

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın, eləcə də “Neftçi” və “Sabah”ın dünya reytinqindəki yerləri müəyyənləşib.

Arena.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu gün klubların yeni dünya reytinqini açıqlayıb.

402 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb. Ötən ay 70-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 84-cüdür.

“Neftçi” və “Sabah” klubları da geriləyiblər. “Ağ-qaralar” (56,75) 340-cı sıradan 378-ə, “bayquşlar” isə (55,5) 342-ci mövqedən 391-ci pilləyə düşüblər.

Dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (314 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” 308 xalla ikincidirsə, Misirin “Əl-Əhli” (264) komandası üçüncü yerə yüksəlib.

Sıralamada ilk 20 pillədə qərarlaşmış komandaların siyahısı belədir:

  1. Mançester Siti (İngiltərə) – 314
  2. Real (İspaniya) – 308
  3. İnter (İtaliya) – 264
  4. Əl-Əhli (Misir) – 255
  5. PSV (Niderland) – 224,5
  6. Palmeyras (Braziliya) – 220
  7. Fluminense (Braziliya) – 219
  8. Flamenqo (Braziliya) – 212
  9. Bayer (Almaniya) – 212
  10. Fortaleza (Braziliya) – 207,5
  11. Fiorentina (İtaliya) – 205
  12. Portu (Portuqaliya) – 203
  13. San Paulo (Braziliya) – 200
  14. Barselona (İspaniya) – 196
  15. Roma (İtaliya) – 194,5
  16. Bayern (Almaniya) – 194
  17. Sportinq (Lissabon, Portuqaliya) – 190
  18. Mançester Yunayted (İngiltərə) – 187
  19. Libertad (Paraqvay) – 184
  20. İnternasional (Braziliya) – 184
  21. Estudiantes (Argentina) – 182,5
  22. Millonarios (Kolumbiya) – 178
  23. Vest Hem (İngiltərə) – 176,5
  24. Yuventus (İtaliya) – 176
  25. Arsenal (İngitərə) – 176
  26. LDU Kito (Ekvador) – 175,5
  27. Sevilya (İspaniya) – 175,5
  28. Botafoqo (Braziliya) – 174
  29. Atletiko Nasional (Kolumbiya) – 173,5
  30. Defensa Xustisiya (Kolumbiya) – 173,5
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: